Azedu.az

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Məktəbəqədər təhsil

21 İyul 2026, 11:20
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə başlanılıb.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

Ərdoğana qarşı sui-qəsd cəhdi: Türkiyəli generaldan ŞOK AÇIQLAMA
Son xəbərlərDaha çox