Azedu.az

78 yaşında süni intellekti öyrəndi, texnologiya şirkətində direktor oldu

Maraqlı

20 İyul 2026, 17:32
78 yaşında süni intellekti öyrəndi, texnologiya şirkətində direktor oldu

78 yaşlı argentinalı Norberto B. Worobeizyk süni intellekti öz-özünə öyrənərək texnologiya şirkətində kommersiya direktoru vəzifəsinə yüksəlib.

AzEdu.az-ın Terra nəşrindən əldə etdiyi məlumata görə, o, universitetdə təhsil almadan onlayn kurslar və YouTube videoları vasitəsilə süni intellekt sahəsində bilik əldə edib.

Qazandığı təcrübə Argentinada rəqəmsal transformasiya və avtomatlaşdırma sahəsində fəaliyyət göstərən bir şirkətin diqqətini çəkib və ona rəhbər vəzifə təklif olunub.

Worobeizyk bildirib ki, süni intellekt gələcəyin ən mühüm texnologiyalarından biridir və bu dövrdə texniki biliklə yanaşı, həyat təcrübəsi, empatiya və ünsiyyət bacarıqları da böyük əhəmiyyət daşıyır.

Özünü zarafatla "Təcrübə Universitetinin məzunu" adlandıran 78 yaşlı direktor öyrənməyin yaş həddi olmadığını vurğulayaraq, süni intellektin hər kəsin uyğunlaşmalı olduğu yeni reallıq olduğunu deyib.

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox