Azedu.az

Bu məktəblərdə ilk dəfə robot dərs deyəcək 

Maraqlı

21 İyul 2026, 08:59
Bu məktəblərdə ilk dəfə robot dərs deyəcək 

ABŞ-nin ən böyük məktəb dairələrindən biri olan Nyu-York şəhərində ilk dəfə tədris prosesinə humanoid robot cəlb olunacaq.

AzEdu.az xəbər verir ki, "Salli" adlı humanoid robot Nyu-York ştatının Salamanca şəhərində yerləşən orta məktəbdə 11-ci və 12-ci sinif şagirdlərinə dərs keçəcək. Robot Qərbi Nyu-York aksenti ilə danışacaq.

Bildirilir ki, "Salli" insan görünüşünə mümkün qədər yaxın şəkildə hazırlanıb. O, qollarını və ayaqlarını hərəkət etdirə bilsə də, sinif otağında sərbəst hərəkət edə bilmir.

Robot identifikasiya sistemi ilə təchiz olunub. Bu sistem vasitəsilə şagirdlər platformaya qoşularaq Sallinin onları tanımasını təmin edə biləcəklər.

Məlumata əsasən, humanoid robotun qiyməti 57 min ABŞ dollarıdır. Bu məbləğ Nyu-York ştatında müəllimlərin orta illik əməkhaqqından aşağıdır.

Bununla belə, məktəb rəhbərliyi robotun heç vaxt insan müəllimləri əvəz etməyəcəyini xüsusi vurğulayıb.

İranla Rusiya Xəzərdə gizli əməliyyat keçirdi - Detallar ÜZƏ ÇIXDI
Son xəbərlərDaha çox