Azedu.az

Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub

Ali təhsil

20 Aprel 2019, 12:57
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) gələcək superkompüterinin təqdimatı keçirilib.

ADNSU-dan  AzEdu.az-a bildirilib ki, tədbirdə rektor, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez, şirkət rəhbərləri, ali məktəb nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə UFAZ-ın kimya mühəndisliyi, üzvi kimya və fizika laboratoriyaları ilə tanış olublar.

Sonra elmi ekspert, professor Pyer Kole UFAZ-ın gələcək superkompüter proqramlarını təqdim edib.

UFAZ-ın müəllimi, Strasburq Universitetinin doktorantı Ülviyə Əbdülkərimova superkompüterin hesablama gücündən istifadə ilə bağlı tədqiqat işi barədə məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox