Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub.
BDU-nun Mətbuat və informasiya şöbəsindən AzEdu.az-a verilən məlumata görə, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Səfir Erkan Özoral öz növbəsində universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb və səfirliyin bütün bu məsələlərə dəstək olacağını bildirib.