Azedu.az

BDU rektoru daha bir müşavirini işdən çıxardı

Ali təhsil

12 Aprel 2019, 15:20
BDU rektoru daha bir müşavirini işdən çıxardı

Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

Universitetdən AzEdu.az-a verilən xəbərə görə, bununla bağlı rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox