Bakı Slavyan Universitetində (BSU) icraçı mühasiblərin tələbələr tərəfindən ödənilmiş 15 min manat təhsil haqqını uçotdan yayındırmaları aşkar edilib.
AzEdu.az ONA-ya istinadən məlumat verir ki, bu, Hesablama Palatası Bakı Slavyan Universitetində apardığı audit yoxlamasında əksini tapıb.
Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.