Azedu.az

Saxta diplom alan “professor”a 55 il həbs verildi

Ali təhsil

7 Aprel 2019, 14:20
Saxta diplom alan “professor”a 55 il həbs verildi

Türkiyədə 2018-ci ildə həbs olunan saxta professora 55 il həbs cəzası verilib.

AzEdu.az Yeni Sabah-a istinadən xəbər verir ki, 40 yaşlı Əmrə Nuri Qorqud Azərbaycan Universiteti və Pesilivaniya Universitetinin saxta diplomları ilə kəkələmək və düzgün danışmaq üzrə mərkəz yaradıb. Şikayət əsasında Türkiyə polisi araşdırma aparıb və onun həmin diplomlarla bərabər çoxlu sayda saxta sertifikatları da aşkar edilib.

Onun haqqında aparılan araşdırma zamanı 33 nəfərə qarşı fırıldaqçılıq etdiyi bəlli olub. Məhkəmə hər zərərçəkənə vurulan ziyana görə Əmrə Nuriyə 1.8 il, ümumilikdə 55 il həbs cəzası verib

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox