Azedu.az

Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan universitetlərində kvota ayrılacaq

Xaricdə təhsil

3 Aprel 2019, 15:33
Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan universitetlərində kvota ayrılacaq

Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq.

AzEdu.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Dmanisi rayonunda yerli azərbaycanlılarla keçirdiyi görüşündə deyib. O bildirib ki, kvota üzrə Azərbaycan universitetlərinə xarici ölkələrdən qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar.

Komitə sədrinin sözlərinə görə, kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib. Kvotanın ayrılması istiqamətində işlər davam etdirilir.(AzərTac)

Putin Azərbaycanla bağlı qərar verdi - Qadağan edildi!
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox