Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 09:46:48
Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI

Kurikulum sistemi bir çox valideynlərin narazılığına səbəb olur. Buna səbəb məktəbdə müəllimlərin əlavə olaraq aldırdıqları bir çox vəsaitlərdir. Valideynlər müxtəlif iş dəftərləri, test kitabçaları almaqlarına baxmayaraq, demək olar ki onlardan istifadə edilmədiyini deyirlər. Sadəcə uşaqlarının təhsili üçün vacib sayıb, onların oxuması üçün tapşırılanları alırlar.

AzEDU.az ibtidai siniflərin əlavə vəsaitlərini, qiymətlərini öyrənmək üçün kiçik araşdırma aparıb.

Məcburi aldırılan, amma istifadə olunmayan vəsaitlər

Valideyn Könül Məmmədova deyir ki, sentyabrda oğlu məktəbə gedəndə ən azı 250 -300 manat xərcləyib: “Məktəb başlayanda müəllimə test kitabları tapşırdı. Məktəb ləvazimatlarından -dəftər, karandaşlar, penal, qələm, kitab, dəftər üzləri və başqaları birlikdə 100 manat tutdu. Geyimlərə isə 200 manat xərclədim. Hələ azını deyirəm. Kitabların bəziləri səliqəsiz, köhnə olduğu üçün özüm aldım. Əgər kitabların hamısını özüm alsaydım, yəqin ki, 40 -50 manat əlavə çıxacaqdı”.

Onun sözlərinə görə, alınan testləri arada yazırlar. Onların qiymətləri isə 5 -6 manat arasında dəyişir: “Azərbaycan dili qrammatika kitabı,  ingilis dili kitabı da əlavə alındı. Məlumat kitabları aldım, qiymətləri 1.50-2 manat arasındadır. Bir də ingilis dili lüğət aldırdılar. Onun qiyməti isə 1-1.50-dir. Azərbaycan, rus və ingilis dilində sözlüyün qiyməti isə 3 manatdır.

K.Məmmədova bildirib ki, 1-2-ci siniflərdə bütün fənlərdən iş dəftərləri  alınırdı. İndi oğlu 3-cü sinifdə oxuyur. Bu ildən onlar alınmır.

Qızı ikinci sinifdə oxuyan Səidə Abbasova deyir ki, ilin əvvəlində tapşırılan vəsaitlər alınıb. Sonradan heç nə tələb olunmayıb: “Məktəb başlayanda orfoepiya, orfoqrafiya və izahlı lüğət aldıq. Onların qiyməti  4 manatdır.  Azərbaycan dilindən  testlər tapşırılmışdı. Qiymətləri 2-3 manat arasında dəyişir. Bunlar məcburi deyil, amma iş dəftərlərini  məcburi alırıq. Rus dili kitabını məktəb vermir, özümüz aldıq. Qiyməti  5 manatdır.  İki-üç iş dəftəri  olur. Bu vaxt heç nə almırıq”.

Valideynlərin narazılıqlarını, uşaqların boş yerə kitablarla yüklənməsini, vəsaitlərin qiymətləri ilə bağlı məktəb ləvazimatları satılan bir neçə mağazada olduq. Əksəriyyəti foto çəkməyə belə icazə verməsələr də, bəzilərindən qiymətləri öyrənə bildik.

Qiymətlər

Azərbaycanca-ingiliscə lüğət - 13 manat

Azərbaycanca-ingiliscə, İngiliscə Azərbaycanca lüğət - 6 manat

İngilis dili qrammatika çalışmalar toplusu - 4.50

Rus dilindən summativ - 4 manat

Rus dilindən iş dəftəri - 4 manat

Kiçik yaşlı məktəblinin izahlı lüğəti - 4 manat

Kiçik yaşlı məktəblinin Orfoqrafiya - Orfoepiya lüğəti - 4 manat

Əsmər Qabil

Foto - İsmət Paşa

30623770_2054805238128773_52261948036743168_n.jpg

30571693_2054805194795444_4154013530271514624_n.jpg

30595059_2054805288128768_7795919546992295936_n.jpg

30516461_2054805204795443_7691053002722902016_n.jpg

30582179_2054805294795434_7439240139605278720_n.jpg

30581657_2054805281462102_6375754353910743040_n.jpg

30581616_2054805248128772_4345525593719177216_n.jpg

30530699_2054805188128778_8271198132591656960_n.jpg

30595136_2054805214795442_8114650839554981888_n.jpg

 

30516382_2054805278128769_9139190372910497792_n.jpg

 

30515879_2054805264795437_7954585259633278976_n.jpg

30582321_2054805224795441_8007458639214280704_n.jpg