Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 06:42:31
Bu ölkədə məktəb çantalarının ağırlığına məhdudiyyət qoyulub

Hindistanın qərbindəki Maharaştra bölgəsində şagirdlərin məktəb çantalarına ciddi nəzarət olunur.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, burada çantaların müəyyən ağırlığı aşmayacağı ilə bağlı qayda tətbiq olunur. Bu, həm valideynlər, həm də məktəblər tərəfindən məmnuniyyətlə qarşılanıb. Qaydaya əsasən uşaqlar öz çəkilərinin 10%-indən artıq ağırlıqda çanta götürə bilməzlər.

Ağır çantaların orta məktəb dövründə olan uşaqlarda boyun və bel ağrılarına və yorğunluğa səbəb olduğu, buna görə də onlarda aşırı stress yaratdığı bildirilir. Bəzi şagirdlərə təkcə kitab-dəftərin yox, yemək və makiyaj ləvazimatlarının da yük olduğu deyilir. Qeyd edək ki, araşdırma zamanı şagirdlərin öz çəkilərinin 20%-i hətta 30%-i ağırlığında çanta daşıdıqları məlum olub.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları