Azedu.az

Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı açıqlama

Ali təhsil

17 Mart 2019, 17:00
Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı açıqlama
AzEdu.az xəbər verir ki, Qaynarinfo.az-ın məlumatına görə, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri təqaüdlərinin 5-10 manat arası kəsilməsindən şikayətçidirlər.
 
Bununla bağlı Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza "Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.
 
O bildirib ki, tələbələrdən heç bir əlavə pul tutulmur. Yalnız Həmkarlar İttifaqı qanuni əsaslarla təqaüdlərin 2%-ni tutur ki, bu da tələbələrin sosial fəaliyyəti ilə bağlıdır.
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox