Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 07:08:35
Azərbaycan alimlərinin məqalələri Fransa mediasında

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun alimlərinin məqalələri beynəlxalq elektron elmi jurnalda dərc edilib.

Fəlsəfə İnstitutundan AzEdu.az-a verilən məlumata əsasən, ötən ilin noyabrında Fransada “Həmrəylik: fəlsəfi prinsipləri və hüquqi qaydaları probleminə Fransa-Azərbaycan təcrübəsində müqayisəli yanaşma” mövzusunda konfrans keçirilib. Konfransın materialları Fransanın universitetlərarası saytında yerləşdirilib.

Elektron elmi jurnalda Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, xarici əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyevanın, davamlı inkişafın fəlsəfəsi şöbəsinin elmi işçisi Yasəmən Qaraqoyunlunun da məqalələri yayımlanıb.

Qeyd edək ki, Fəlsəfə İnstitutu Fransanın Nitsa şəhərində yerləşən Sofiya-Antipolis Universiteti ilə elmi əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən, hər il Bakıda və Fransada elmi konfranslar keçirilir.