Azedu.az

Qazaxda “Novruz mühazirəsi” keçirilir

Ali təhsil

12 Mart 2019, 14:38
Qazaxda “Novruz mühazirəsi” keçirilir

Qazax rayonunda ikinci “Novruz mühazirəsi” keçirilir.

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi”ndə millət vəkilləri, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.

İlk olaraq, tədbirin keçirildiyi Səməd Vurğun adına 2 nömrəli orta məktəbin həyətində 100 meyvə ağacı əkilib.

Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir və mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox