Azedu.az

Alman professorun Azərbaycan Universitetinə Erasmus səfəri yekunlaşdı

Ali təhsil

11 Mart 2019, 13:19
Alman professorun Azərbaycan Universitetinə Erasmus səfəri yekunlaşdı

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück “Erasmus+” mübadilə proqramı çərçivəsində iki həftə müddətində Azərbaycan Universitetində tədris prosesində iştirak edib.

AzEdu.az xəbər verir ki, Martina Brückün mühazirələri bakalavriat pilləsində biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan korporativ maliyyə, maliyyə menecmenti və statistika fənlərini, MBA qruplarında isə maliyyə analizi və kredit strukturlarına giriş fənlərini əhatə edib.

Alman professor universitetin müəllim və tələbələri üçün yeni istifadəyə verilmiş təlim və tədris mərkəzində “Layihələrin idarə olunması” və “Koblenz Universitetində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi” mövzularında təlim keçib.

Martina Brück ölkəsinə yola düşməzdən əvvəl rektor Səadət Əliyeva ilə də görüşərək həm Azərbaycan Universiteti, həm də Bakı haqqında xoş təəssüratlarını bölüşüb. 

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox