Azedu.az

BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

Ali təhsil

7 Mart 2019, 22:04
BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor,  dosent  Manafəddin  Namazov  Türkiyə  Respublikasının  Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. AzEdu.az xəbər verir ki, rektor  H.Məmmədov səfirlə görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu  qeyd  edib. Görüşdə Türkiyə Universitetləri arasında müəllim-tələbə mübadiləsi, ikili diplom və müəllim hazırlığı məsələləri müzakirə olunub.

Səfir Erkan Özoral Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə təhsil sahəsində universitetlər arasında əməkdaşlığı möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu görüşdən məmnun olduğunu bildirib.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox