Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı yataqxanasında yaşayan 141 nəfər tələbəni bir aylıq yataqxana ödənişindən azad edib.
Məsələ ilə bağlı AzEdu.az-a çıxış edən ADU-nun mətbuat katibi Ağa Cəfərli rektor Kamal Abdullanın bundan öncə də tələbələrin xeyrinə olan addımlar atdığını bildirib:2
“Kamal Abdulla daim tələbələrin xeyrinə olan mühüm addımlar atıb. Bu addımlara I kursların aldıqları kitabların qəbzlərini göstərərək ödədikləri məbləği universitetdən götürməsi, imtahan müddətinin 2 saatdan 3 saata qaldırılması və s. nümunə göstərmək olar. Tələbələrin 1 aylıq yataqxana xərclərindən azad olunmasıda belə addımlardan biridir”.