Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 10:30:00
Almaniyada oxumaq istəyənlərin bilməli olduğu ən vacib məsələ - “Almancanız yoxdursa...”  

Güclü təhsil sisteminə malik ölkələrdən biri də Almaniyadır.

Son illərdə Almaniyada təhsil almaq istəyən gənclərin sayı  durmadan artır. Bunun üçün onlardan ingilis və ya alman dili sənədi tələb olunur.  Alman dilində təhsil üçün  DSH və ya TestDaF imtahanının nəticələri qəbul edilir. Beynəlxalq imtahanlardan olan TestDaF vasitəsilə alman dil biliyi yoxlanılır. TestDaF-ın müxtəlif ölkələrdə rəsmi imtahan mərkəzləri var.

“TestDaF imtahan nəticəsi olmadan, tələbələr 1 il hazırlıq kursu oxumaqla almanca  təhsil  ala bilərlər”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev deyib. Onun sözlərinə görə, Almaniya universitetlərində təhsil almaq üçün  tələbələrin B1 sertifikatı olmalıdır.

“Tələbələr Almaniyanın  bir neçə universitetlərinə TestDaF imtahanı nəticəsi olmadan qəbul ola bilər. Amma burada biznes sirri var. Yəni, TestDaF imtahan nəticəsi olmadan alman dili proqramından tədris keçmək yalnız xaricdə təhsil üzrə şirkətlərin vasitəçiliyi ilə edilir”.

Fuad Hacıyev Almaniyada təhsil almaq istəyənlərə  tövsiyələrini bildirib:

 "Alman dil biliyi yetərli səviyyədə olmayanlara tövsiyəm budur ki, universitetlərində nəzdində mövcud hazırlıq kurslarına getsinlər.  Onu da qeyd edim ki, Almaniyada bütün universitetlərində nəzdində demək olar  hazırlıq kursları var”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları