Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 16:40:00
Distant təhsillə bağlı ən çox verilən suallar – Cavablar

Distant təhsil forması müəyyən məsafədən həyata keçirilən təlim sistemidir.

AzEdu.az distant təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Distan təhsillə qiyabi təhsilin arasında nə fərq var ?

-Əslində, demək olar ki, ikisi də oxşardır. Amma distant təhsilin əsas fərqi ondan ibarətdir ki, dərslər internet vasitəsilə keçirilir. Tələbələr distant təhsili harada olmaqlarından asılı olmayaraq ala bilərlər. Bunun üçün sadəcə  sürətli internet lazımdır.

-Macarıstanda distant təhsil varmı? Qəbulu necədir?

-Macarıstanda distant təhsil yoxdur. Distant təhsil, əsasən, Böyük Britaniyadadır.

-Magistr dərəcəsində distant təhsil almaq istəyirəm. Bilmək istərdim ki, hansı ölkələrdə  təhsil ala bilərəm?

-Türkiyə və İngiltərədə distant təhsil almaq mümkündür.  

-Türkiyədə distant təhsil almaq istəyirəm və  ixtisasım isə İbtidai sinif müəllimliyidir. Təhsil ala biləcəyi digər ixtisaslar haqqında məlumat verərdiniz... 

-Menecment ixtisası üzrə distant  təhsil  ala bilərsiniz.  

 -Azərbaycanda hansı xarici ölkələrin distant təhsili tanınır?

-Azərbaycanda heç bir ölkənin distant təhsili tanınmır

-Bakalavr dərəcəsində təhsildə sosial psixoloji xidmət  fakültəsi üzrə oxumuşam. Xarici ölkələrin  hansı universitetlərində distant magistr təhsili ala bilərəm?

-Böyük Britaniya və Türkiyədə distant təhsil ala bilərsiniz. Böyük Britaniyada distant təhsil üzrə ödəniş 7min funtdan başlayır və qəbul üçün IELTS dil sertifikatı lazımdır. Türkiyə universitetlərində təhsil haqqı 1000 AZN-dən başlayır və qəbul  ALES lazımdır.

-Hansı ölkələrin universitetlərində Memarlıq və  Dizayn ixtisası üzrə distant təhsil ala bilərəm?

Memarlıq ixtisası üzrə distant təhsil mümkün deyil. Amma Dizayn ixtisası üzrə distant təhsil ola bilər. Amma distant təhsil ödənişlidir  və dövlət xətti ilə mümkün deyil.  

-Azərbaycan vətəndaşı xaricdə distant təhsil alırsa, hərbi çağırışdan azad olur?

-Qiyabi və ya Distant proqramlarda hərbidən möhlət hüququ verilmir. Yalnız əyani və bakalavr proqramları üçün möhlət verilir.

 -Təhsilin bakalavr dərəcəsini Jurnalistika ixtisası üzrə bitirmişəm. Türkiyədə magistr dərəcəsində Jurnalistika ixtisası üzrə distant təhsil almaq istəyirəm. İstərdim ki,  bu barədə məlumat verərdiniz…

-Türkiyədə Jurnalistika üzrə deyil başqa ixtisaslar üzrə təhsil ala bilərsiniz.

Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları