Azedu.az

Azərbaycanlı iş adamları UNEC tələbələrinə biznes qurmağın yollarını öyrədiblər  

Ali təhsil

1 Mart 2019, 14:48
Azərbaycanlı iş adamları UNEC tələbələrinə biznes qurmağın yollarını öyrədiblər  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti və “Student Club Azerbaijan”ın birgə əməkdaşlığı ilə “İşi adamından öyrən 2” adlı seminar keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, seminar tələbələrin biznes qurmağın sirlərini məhz azərbaycanlı biznesmenlərdən öyrənməsinə şərait yaratmaq məqsədilə təşkil olunub.

Tədbirdə Elvin Dadaşsoy, İlkin Məcidov, Elşən Maharov, Babaxan Məlikli və Firdovsi Xəlilov çıxış ediblər. Sonra tələbələrlə çıxışçılar arasında fikir mübadiləsi aparılıb.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox