Azedu.az

UNEC-də dərsliklər müsabiqə yolu ilə çap olunacaq  

Ali təhsil

27 Fevral 2019, 14:43
UNEC-də dərsliklər müsabiqə yolu ilə çap olunacaq  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ehtiyac duyulan dərsliklər üçün müsabiqə elan ediləcək, təkliflər veriləcək.

AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov “Elm aylığı” çərçivəsində “Tədqiqat universiteti: nələri bilmirik?” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Rektor bildirib ki, komissiya tərəfindən müəllifin seçilən dərsliyi universitet tərəfindən maliyyələşdirilərək çap olunacaq.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox