Azedu.az

UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə olundu

Universitetlər

26 Fevral 2019, 20:42
UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə olundu

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələrlə görüşüb. Universitetdən AzEdu.az-a  verilən məlumata görə, görüş UNEC-də tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və qış imtahan sessiyasının yekunları barədə tələbələrin rəyini öyrənmək məqsədilə təşkil olunub.

 

Ədalət Muradov 600-dən çox bal toplayan tələbələrin qış imtahan sessiyasının nəticələrini yüksək qiymətləndirib, tələbələrin çıxışlarını dinləyib.

 

Tələbələr imtahan sessiyası, tədris prosesi, tələbə-müəllim münasibətləri, mübadilə proqramları və digər məsələlər barədə fikirlərini bildiriblər. Müraciətlərin əksəriyyəti imtahan sessiyası, o cümlədən, imtahan vaxtının uzadılması, tələbələrə təqdim edilən sualların sayı, sualların sillabusa uyğunluğu, apellyasiya müraciətləri, yazılı imtahanlara keçid prosesi və digər məsələləri əhatə edib.

 

Rektor tələbələrin bütün suallarını cavablandırıb, onların müraciətlərinin araşdırılacağını bildirib.

İran Bakın belə HƏDƏFƏ ALDI - Bu dəfə nəyə hazırlaşırlar?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox