25-27 aprel 2019-cu il tarixlərində Azərbaycan Universitetində keçiriləcək V Avropa İqtisadi Konqresinin hazırlıqları davam edir.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir.
Bu seriyadan olan əvvəlki tədbirlər dünyanın müxtəlif ölkələrində təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib. Konqresə məqalələrin qəbulu 25 mart 2019-cu il tarixinə qədər uzadılıb.