Azedu.az

UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq

Ali təhsil

18 Fevral 2019, 11:51
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iyunun 28-29-da Banqkokda (Tailand) Sosial Biznes Günü (Sosial Business Day) münasibətilə keçiriləcək beynəlxalq tədbirə dəvət edilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbir Banqladeşdə yerləşən “Yunus” Mərkəzi, Asiya Texnologiya İnstitutu və Kasetsart Universiteti (Tailand) tərəfindən təşkil edilir.

Ənənəvi olaraq hər il keçirilən tədbirdə beynəlxalq sosial biznes şəbəkəsinin təmsilçiləri ikitərəfli və çoxtərəfli dialoq məqsədilə toplaşıb, təcrübə mübadiləsi aparırlar.

Bu il tədbir “Making Money is Happinesss, Making Other People Happy is Super Happiness” (Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir) şüarı altında keçiriləcək.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox