Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 15:20:00
BDU məzunları üçün müsabiqə elan edir

Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” mövzusunda müsabiqə elan edir.

BDU-dan AzEdu.az-a bildiriblər ki, bu ali məktəbi müxtəlif illərdə bitirmiş məzunlar təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.

Məzunlar “BDU xatirələrdə” mövzusunda hazırladıqları yazıları özləri haqqında məlumatla birlikdə (adı, soyadı, atasının adı, təhsil aldığı fakültə və təhsil aldığı illər, ixtisası, əlaqə telefonu qeyd olunmaqla, mövzu yerinə “BDU xatirələrdə” yazmaqla) iyunun 30-dək [email protected] ünvanına göndərməlidirlər.

Xatirələrin müxtəlif mətbu orqanlarında dərc edilməsi və yayımı nəzərdə tutulur.

Müsabiqə qalibləri Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının Forumuna və yubiley tədbirinə dəvət ediləcək, təşkilat komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.