“Bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar ləğv olunub”.
AzEdu.az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, 15 yanvarda DİM-in çap etdiyi “Abituriyent” jurnalında balakavr pilləsi üzrə 174 ixtisas olsa da, bu gün Nazirlər Kabinetinin təstiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda 140 ixtisas var ( əlavə 8 ixtisas da Xüsusi təyinatlı ixtisaslardır).
Əlavə edilən, yeni yaradılan bəzi ixtisaslar: (bu ixtisasların bəziləri kolleclərdə var idi, indi bakalavr pilləsində də yaradılıb).
I qrup
1. Biotexnologiya
2. Aerokosmik mühəndislik
3. Aviasiya təhlükəsizliyi mühəndisliyi
4. Elektrik və elektronika mühəndisliyi
5. Energetika mühəndisliyi
6. Hava nəqliyyatının hərəkətinin təşkili
7. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
8. Kommunikasiya sistemləri mühəndisliyi
9. Mədən mühəndisliyi
10. Meliorasiya mühəndisliyi
11. Mexatronika və robototexnika mühəndisliyi
12. Mühəndis fizikası
13. Radiotexnika və telekommunikasiya mühəndisliyi
14. Yerquruluşu və daşınmaz əmlakın kadastrı
15. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
II qrup
1. Beynəlxalq ticarət və logistika
2. Turizm bələdçiliyi
3. Mühasibat ( uçotu və audit çıxarılıb)
4. Turizm işinin təşkili
III qrup
Kitabxanaçılıq və informasiya fəaliyyəti ( əlavə fəaliyyəti olunub)
IV qrup
1. Baytarlıq təbabəti
2. Zoomühəndislik
3. Fizioterapiya və tibbi reabilitasiya
4. Tibb bacısı işi
5. Hərbi tibb
6. Tibb
7. İctimai səhiyyə
V qrup
1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
2. Vokal sənəti (sahələr üzrə)
kitabı