Azedu.az

600-dən çox bal toplayanlar da qəbul ola bilmir - "İmtahanlarında rəqabət sərtləşir"

AzEdu Təhsil Platforması

27 Noyabr 2026, 09:39
600-dən çox bal toplayanlar da qəbul ola bilmir - "İmtahanlarında rəqabət sərtləşir"

“Builki qəbul imtahanlarında həm buraxılış, həm də blok imtahanlarında median göstəricisində müəyyən qədər dəyişiklik vardı.

Amma ixtisas qruplarına görə yüksək bal toplayan abituriyentlərin sayı da kifayət qədər çox idi”.

AzEdu.az-a bu sözləri təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib.

O qeyd edib ki, 600-dən yüksək bal toplayanlar da müsabiqədən kənarda qalıb

“Bu il yüksək bal toplayan abituriyentlər həm dördüncü, həm də üçüncü qrupda, demək olar ki, rəqabət mühitini daha da dərinləşdirmişdilər. Hətta 600-dən yüksək bal toplayan bir neçə nəfər dördüncü ixtisas qrupu üzrə müsabiqədən kənarda qalmışdı.

Amma buraxılış imtahanlarını blok imtahanları ilə müqayisə etsək, təbii ki, burada median göstəricisi 2025-ci illə müqayisədə bir qədər aşağı idi. Növbəti il üçün düşüncəmiz ondan ibarətdir ki, yenə də buraxılış imtahanında məhz xarici dil blokunda tətbiq olunan dəyişiklik imtahan nəticələrinə təsir edəcək. Yəni 2027-ci ilin median göstəricisi də 2026-cı illə müqayisədə bir qədər aşağı ola bilər.

Bu, yeni tətbiqlə bağlıdır. Adətən yeni tətbiqlər olduqda, bu, ballara da müəyyən qədər təsir göstərir. Necə ki, 2019-cu ildən etibarən bu formatda qəbul imtahanları keçirməyə başlamışıq. Həmin ildən bu yana abituriyentlər, demək olar ki, hələ də bu imtahan modelinə tam olaraq adaptasiya ola bilmirlər və bu da onların imtahan nəticələrinə təsir göstərir”.

Dərs yükü azalmalıdır, valideynlərin maliyyə yükü yüngülləşməlidir:

“Qarşıdakı illərdə, ümumiyyətlə, qəbul imtahanı modelinin dəyişdirilməsinin tərəfdarıyıq və bunu istəyirik. Çünki mövcud imtahan modeli həm imtahan nəticələrinin gec açıqlanmasına səbəb olur, həm də abituriyentlərin düşünmə bacarıqlarını zəiflədir, nitq inkişafına mənfi təsir göstərir. Onlar özlərini ifadə etməkdə də çətinlik çəkirlər. Ona görə də imtahan modeli dəyişməlidir. Bundan əlavə, dərs yükü və valideynlərin maliyyə yükü azalmalıdır.

Bunun başlıca yolu isə fənlərin sayının azaldılmasıdır. Fənlərin sayını azaltmaqla bu vəziyyətdən daha asan çıxış yolu tapmaq olar. Fənlərin sayının azaldılması da, əlbəttə ki, növbəti dövrdə ali məktəblərdə müsbət dəyişikliklərə səbəb ola, eyni zamanda abituriyentlərin dərs yükünün azalmasına gətirib çıxara bilər”.

TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox