Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 16:00:00
Ekspert sabiq təhsil nazirindən yazdı: “Yekəxana rektorlar bu xanımdan çəkinirdilər”

2012-ci ilin fevral ayının 5-i keçmiş Təhsil naziri Lidiya Rəsulovanın dünyasını dəyşdiyi gündür. Lidiya Rəsulova 1993-cü ildən, 1997-ci ilə qədər Təhsil naziri vəzifəsində işləyib.

“Bəzi özündənrazı, tamahkar, yekəxana rektorlar bu xanım nazirin adı gələndə özlərini yığışdırırdılar”

Bu sözləri də təhsil eksperti Etibar Əliyev sabiq təhsil naziri barədə yazdığı feysbuk statusunda deyib. Ekspert qeyd edib ki,  Lidiya Rəsulova təhsil tariximizdə son dərəcə prinsipial, savadlı, xarakterli, kristall bir nazir kimi qalıb:

“İşlədiyi dövrdə tələbə köçürməsi etmədi. Qabiliyyətli insanları vəzifələrə çəkdi. Onun vaxtında Nazirliyin nüfuzu ilə birgə, əməkdaşların da nüfuzu yüksəldi. Onun sadəliyi ilə sərtliyi bir - birini tamamlayırdı. İşlədiyi dövrdə haqqı, nahaqqın ayağına vermədi. O zaman bəzi özündənrazı, tamahkar, yekəxana rektorlar bu xanım nazirin adı gələndə özlərini yığışdırırdılar. Çox təəssüflər olsun ki, ondan sonra gələn nazir, onun qoyub-getdiyi yaxşı nə vardısa hamısını yerlə-yeksan etdi. 
Lidiya Rəsulova işdən çıxarılmadı, istefa verdi. Bununla da Azərbaycanda istefa mədəniyyətinin əsasını qoydu. Allah Rəhmət eləsin”.