Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 12:07:00
Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 11 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, fevralın 9-na olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 11 nəfər ərizə verib.

Xatırladaq ki, ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində 5, Mədəniyyət Nazirliyində 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 17 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.