Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 20:14:00
Akademiya idman jurnalistləri hazırlayacaq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ingilis dilində tədris olunan "İdman jurnalistikası” magistr ixtisası üzrə 2019-2020-ci akademik dərs ili üçün növbəti qəbulu elan edir. AzEdu.az xəbər verir ki, "İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin elan etdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etməlidirlər. Bunun üçün cari ilin 11 Fevral tarixinədək Dövlət İmtahan Mərkəzinin rəsmi saytından qeydiyyatdan keçmək lazımdır: http://eservices.dim.gov.az/erizemag/erize

 

Qəbul imtahanın I mərhələsi cari ilin 24 fevral tarixində baş tutacaq. Bu mərhələdən yetərli balı toplayan namizədlər II mərhələyə müraciət edə biləcəklər. İmtahanın II mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçiriləcək.

 

Məlumat üçün bildirək ki, "İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə kadr potensialının artırılmasıdır.

 

Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində birgə hazırlanıb. "İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

 

Bu ixtisasa qəbul olan namizədlər onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video, online media sahəsində professional bacarıqlara yiyələnəcək, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olacaqlar.

 

Bununla yanaşı, proqram çərçivəsində Böyük Britaniyaya səfər də planlaşdırılır. Səfər müddətində tədris modullarının birinin partnyor universitet Şeffild Hallamda keçirilməsi nəzərdə tutulur.

 

Ətraflı məlumat üçün: https://asapesmedia.atavist.com/mediaandmore-en

Bundan əlavə, proqramla bağlı sual və müraciətlərinizlə bağlı (+994 12) 564 73 82 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərsiniz.