Memarlıq və İncəsənət İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir.
AzEdu.az xəbər verir ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. Vakant yer institutun Kulturologiya şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə 1 yerdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər kulturologiya (mədəniyyətşünas) ixtisası üzrə bakalavr və magistr təhsilinə malik olmalıdır.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115
Telefon: (+994 12) 539 35 39
E-mail: [email protected]