Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 13:20:33
“AMEA ləğv olunmayacaq, əksinə...” - İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin yararsız  olmasıyla bağlı məlumatlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi ziyalılar isə AMEA-nın ümumiyyətlə ləğv olunmasının tərəfdarıdır.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, parlamentin Elm və təhsil komitısinin sədri İsa Həbibbəyli AzEDU-ya açıqlamasında bu məlumatların heç bir əsası olmadığını vurğulayıb:

“Azərbaycan Milli Elmlər Akademiyasının ləğvi heç vaxt gündəmdə olmayıb. İndi də gündəmdə deyil.  Əksinə Akademiya daim dövlətimizin qayğısıyla inkişaf edir. AMEA-da yeniliklər tədbiq olunur və müxtəlif islahatlar aparılır. Bu yeniliklər tədbiq olunmağa davam etdikcə AMEA-nın inkişafını daha da sürətlənəcək”.

Qeyd edək ki, Millət vəkili Fazil Mustafa AzEDU-ya açıqlaması zamanı AMEA-nın fəaliyyəti ilə bağlı bir sıra ittihamlar irəli sürüb. Deputatın sözlərinə görə, AMEA kimi faydasız, fəaliyyətinin heç bir mənası olmayan bir sturukturun daha çox tədqiqat xarakterli sistemə çevrilməsi barədə düşünür: “Bu gün tədqiqat sahəsinə gedənlərin sayı da çox deyil. Bu sahədə AMEA da artıq elə bir keyfiyyətli elm müəssisəsi kimi fəaliyyət göstərə bilmir. Sadəcə titul və imtiyazlardan ibarət quruma çevrilib. Ona görə də elm sahəsində Azərbaycanda ümumiyyətlə, müasir standartlara cavab verməyən vəziyyətdədir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları