Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 09:30:00
İtirilmiş oxucu      

Etibar Əliyev, 
Təhsil eksperti

Qəzet böhranını izah etmək bir o qədər çətin deyil. Birinci postulat budur ki, qəzetlər oxunmur, ikinci postulat qəzetlərin maraqsız olmasıdır, üçüncü postulat qəzet oxumaq mühitinin yoxa çıxmasıdır. 

15-20 il bundan öncə köşklərin qarşısında xeyli sayda adamın qəzet gözləməsinin şahidi olmuşuq. 

İndi metroda qəzet oxuyan görmürəm. Qoltuğunda qəzet olan adama rast gəlmək olmur. 

Əvəzində rusdilli məktəblərə olan maraq artır. Rus dilində qəzet oxucularının sayı da artır. 

"Ədəbiyyat qəzeti" ilə "Literaturnaya qazetanı", "İqtisadiyyat" adlı qəzetlə "Kommersant" qəzetini, müqayisə etmək mümkündürmü? Qətiyyən. 

Qəzet rəhbərləri bundan sonra daha yaxşı və məzmunlu qəzet buraxacaqlarına söz versələr də, bu mümkün deyil. Potensial ona imkan vermir. İtirilmiş oxucu kütləsi də buna inanmayacaq. Gənclik isə qəzetə torbada ilan kimi baxır. 

Rusiyada, Türkiyədə çıxan çoxtirajlı qəzetlərin çoxsaylı səhifələrinində siyasətə və intriqalara çox az yer ayırılır. Bu da qəzetin oxunaqlığını artırır. Qəzetin süqutunun bir səbəbi də yazarların məzmunsuz köşələridir. Yazıçılar, sənət adamları, alimlər yazı yazmırlar. Görsəndi ki, qəzet bizim kimi cəmiyyətlərdə dəyər daşıyıcısına çevrilə bilmədi. Onu reanimasiyadan çıxarmaq çox çətindir. 

Saytların tam şəkildə qəzeti əvəzləməsi arxivin və istinadın itməsidir.