Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 19:30:00
UNEC müəllimi Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universtetinin müəllimi Fəridə Əsgərzadə gənc sahibkarlar adından çıxış etmişdir. Çıxışda ölkədə dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğunun təmin olunması üçün münbit şəraitin yaradıldığı bildirilmişdir. F.Əsgərzadə gənc sahibkarların Azərbsaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimadı doğrultmalırının zəruriliyini vurğulayaraq, yeni ideyalarla Azərbaycanın davamlı və daha da surətli inkişafı üçün birlikdə çalışmağın vacibliyini qeyd etmişdir.

Proqramın sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ilə birinci xanım Mehriban xanım Əliyeva ilə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi arasında qısa dialoq baş tutmuşdur.