Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 15:43:00
İctimai elmlər sahəsində ötən ilin nəticələri müzakirə edilib

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin büro iclası keçirilib.

Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

AzEdu.az xəbər verir ki, iclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Nərgiz Axundova iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk olaraq bölmənin elmi müəssisələrinin, həmçinin kənar təşkilatların ictimai elmlər sahəsində 2018-ci ildə əldə etdikləri mühüm nəticələri müzakirə olunub. Mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər. Çıxışlar dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb və tövsiyələr verilib. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

Tədbirdə akademik Asəf Nadirovun 90 illik yubileyinin keçirilməsinə dair qərar qəbul olunub. Sonra digər cari məsələlərə baxılıb