
31.01.2019 12:55
Fazil Mustafa: “Rayonlarda bağçalar acınacaqlı vəziyyətdədir”
Məktəbəqədər təhsilimiz xarici ölkələrlə müqayisədə hələ də zəifdir”.
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun fikrincə, bu zəifliyin əsas səbəbi maddi-texniki bazanın zəifliyidir:
“Buna görə də ilk növbədə də maddi-texniki baza başda olmaqla, təhsilə vəsait xeyli artırılmalıdır. Təhsildə daşıma vasitələrinin olması çox önəmlidir. Çünki uşaqların məktəbə çatdırılması problemi var. Uşaqları məktəbə valideyn gətirir. Onun da işi olarsa,məşğuldursa, bu, proses çətinləşəcək.
Valideyn bu səbəbdən, bəzən uşağı vaxtında aparıb çatdıra bilmir, sadəcə, imkanı olmur. Ona görə də bütün bunlar maddi-texniki baza ilə bağlı məsələlərdir. Bir də bizdə özəl sektorla iş də zəifdir. Məncə, məktəblərdə təhsildə özəl sektorlarda intensiv çalışmaq lazımdır ki, daha keyfiyyətli təhsil almaq imkanları da hərtərəfli təmin olunsun”.
“Azərbaycanda bağçalar uşaqların formalaşmasında nə cür rol oynayır?” sualını da cavablayan F. Mustafa bildirdi ki, təbii ki, bağçaların müəyyən rolu var:
“Bağçalar bayaq qeyd etdiyim kimi maddi-texniki bazaya o qədər də sahib deyil. Özəl bağçalarda vəsait kifayət qədər olsa da, qiymət də bahadır. Dövlət bağçalarında tələbat çox olsa da, təminat yoxdur. Valideynlərin çoxu uşaqları bu cür bağçalara apara bilmirlər.
Rayonlarda isə bağçalar ümumiyyətlə, acınacaqlı vəziyyətdədir. Bağçalar metodiki vasitələr, idman və ya başqa infrastrukturu olmayan, şəraitsiz məkanlarda salınır. Nə həyəti, nə də oyun sahəsi yoxdur. Bu da uşaqların yetişməsinə o qədər də imkan vermir. Diqqət etmisinizsə məsələn, Danimarkada bağçanı meşənin içərisində tikirlər. Bununla uşağı həm də gələcəyə hazırlayırlar. Ağaclara dırmanmaqdan tutmuş, müəyyən işlər görməklə. Konyada uşaqlar bağçada özlərinə yemək belə hazırlayırlar, özlərinə qulluq edirlər. Bütün bunların hamısı inkişaf etmiş ölkələrə aid məsələlərdir. Bizdə bu sahədə inkişaf çox aşağıdır”.
Bu bölməyə aid digər xəbərlər
Tbilisidə bütün uşaq bağçaları təcili bağlanır
04.11.2020 | 16:24
Böyümür ölü uşaqlar - Günün şeiri
28.10.2020 | 16:21
Hikmət Hacıyev:“Ermənistan Gəncədə mülki şəxslərə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”
11.10.2020 | 09:46
Kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadıldı
02.10.2020 | 17:07
Paytaxtda uşaq bağçaları fəaliyyətə başladı
01.10.2020 | 14:36
Bağçalara sənəd qəbulu yalnız bu tarixlərdə həyata keçirilir – Təhsil qanunu
23.09.2020 | 16:28
Dünyada ilk bağçalar belə fəaliyyət göstərib - TARİX
19.09.2020 | 16:32
Bağçalar bu səbəbdən Təhsil Nazirliyinə həvalə edilməlidir -Detallar
19.09.2020 | 15:49
Bağçalara qəbul bu formada həyata keçirilir
18.09.2020 | 11:37
BŞİH: Oktyabrın 1-dək bağçalar tam açılacaq
04.09.2020 | 09:27
ÇOX OXUNANLAR
08.01.2021 | 15:16
Müəllimlərin maaşına təsir edən amillər – Vacib bilgilər

13.01.2021 | 09:00
Ənənəvi dərslər nə zaman başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

11.01.2021 | 11:36
Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlandı - Təhsil Nazirliyi

13.01.2021 | 11:18
Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA

06.01.2021 | 13:28
Məktəblər ancaq bu formada ənənəvi tədrisə qayıda bilər- Sarı və narıncı zonalar üzrə

11.01.2021 | 16:26
Sertifikatlaşdırmanın müəmmalı zamanı, təyinat və ixtisarlar – Həftənin təhsil icmalı

15.01.2021 | 10:12
Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib

08.01.2021 | 12:07
Onlayn müsahibədən keçə bilməyən müəllimlərin son iş tarixi-RƏSMİ

FACEBOOK