I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölmələri, həmçinin hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı açıqlanıb.
AzEdu.az bu barədə məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) statistika jurnalından əldə edib.
I ixtisas qrupu
RK altqrupu üzrə Azərbaycan bölməsində 8 610, rus bölməsində 360, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 3 740 plan yeri müəyyən edilib. Bu altqrup üzrə ümumi qəbul planı 12 710 yer təşkil edir. Onlardan 8 905-i dövlət sifarişi üzrədir.
Rİ altqrupu üzrə Azərbaycan bölməsində 4 040, rus bölməsində 315, birgə müsabiqə üzrə isə 3 085 yer nəzərdə tutulub. Bu altqrup üzrə ümumi qəbul planı 7 440 yer, dövlət sifarişi üzrə yerlərin sayı isə 6 295-dir.
Bütövlükdə I ixtisas qrupu üzrə Azərbaycan bölməsində 12 650, rus bölməsində 675, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 6 825 yer ayrılıb. Ümumi qəbul planı 20 150 yer təşkil edir. Onlardan 15 200 yer dövlət sifarişi üzrədir.
II ixtisas qrupu
Azərbaycan bölməsi üzrə 11 900, rus bölməsi üzrə 510, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 3 620 plan yeri müəyyən edilib.
Dövlət sifarişi əsasında II ixtisas qrupu üzrə 4 185 yer ayrılıb. Ümumilikdə isə bu qrup üzrə 16 030 plan yeri nəzərdə tutulub.
III ixtisas qrupu
DT altqrupu üzrə Azərbaycan bölməsində 10 423, rus bölməsində 1 135, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 1 815 plan yeri müəyyən edilib. Bu altqrup üzrə ümumi qəbul planı 13 373 yer təşkil edir. Onlardan 3 920-si dövlət sifarişi üzrədir.
TC altqrupu üzrə Azərbaycan bölməsində 1 425, rus bölməsində 220, birgə müsabiqə üzrə isə 535 yer nəzərdə tutulub. Bu altqrup üzrə ümumi qəbul planı 2 180 yer, dövlət sifarişi üzrə yerlərin sayı isə 220-dir.
Bütövlükdə III ixtisas qrupu üzrə Azərbaycan bölməsində 11 848, rus bölməsində 1 355, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 2 350 yer ayrılıb. Ümumi qəbul planı 15 553 yer təşkil edir. Onlardan 4 140 yer dövlət sifarişi üzrədir.
IV ixtisas qrupu
Azərbaycan bölməsi üzrə 3 733, rus bölməsi üzrə 335, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 980 plan yeri ayrılıb.
Dövlət sifarişi əsasında IV ixtisas qrupu üzrə 3 551 yer müəyyənləşdirilib. Ümumilikdə isə IV ixtisas qrupu üzrə 5 048 plan yeri nəzərdə tutulub.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ümumilikdə 56 781 plan yeri ayrılıb. Onlardan 27 076 yer dövlət sifarişi əsasındadır.