Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 09:29:00
Alimi susduran kiçik sufi

Nəql olunduğuna görə Bayezid Bistaminin arif bir şəxs olacağı hələ uşaq yaşlarındaykən təxmin edilirmiş. Belə ki, Şəqiq əl-Bəlxi onun haqqında "Bu uşaq gələcəkdə dövrünün ən böyük vəlisi olacaq" demişdir. O dövrün alimlərindən biri günlərin birində Bayezid Bistamini zəkasını və dərrakəsini ölçmək istəmiş və aralarında maraqlı bir dialoq yaşanmışdır:

- Gözəl oğlan, namaz qıla bilirsən?

- Bəli, Allah dilədiyi təqdirdə bacarıram.

- Necə? 

- Rəbbimin əmrini yerinə yetirmək üçün təkbir deyir, Qurani-Kərimi asta-asta oxuyur, təzim ilə rüku edir, təvazökarlıqla səcdəyə qapanır, vidalaşaraq salam verirəm.

Belə bir namaz tərifi qarşısında heyranlığını gizlədə bilməyən alim "Ey sevimli və müdrik oğlan! Səndə bu fəzilət və dərrakə olduğu halda insanların saçlarını oxşamasına niyə icazə verirsən?" deyə soruşur.

Bayezid Bistami bu suala da yaşından daha böyük insanlara xas bir şəkildə cavab verir: "Onlar mənim saçlarımı deyil, Allah-təalanın məni bəzədiyi bu gözəlliyi oxşayırlar. Mənə aid olmayan bir şeyə toxunmalarına necə mane ola bilərəm?!"