Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 16:10:00
“Hədəfimiz STEM, Hədəfdə STEM” təlim-treyninqi keçirildi  

Yanvarın 27-də ölkənin ilk STEM əsaslı təhsil verən liseyi – Hədəf STEM Liseyində bu təhsil yanaşmasının nədən ibarət olduğu mövzusunda təlim-treyninq keçirilib. Əsas məruzəçilər – liseyin qurucu direktoru f.ü.f.d., dosent Şəmil Sadiq “Hədəf Liseyinin konsepti”, liseyin elmi müşaviri Yalçın İslamzadə isə “STEM təhsilinin xüsusiyyətləri” adlı məruzə ilə çıxış edib.

Sonra təlim iştirakçıları 4 qrupa bölünərək (“Məktəbəqədər və İbtidai siniflər bloku”, “Humanitar blok”, “Elm bloku” və “Riyaziyyat bloku”) müxtəlif təhsil sahələrində STEM-in tətbiqi mövzusunda seminarlarda iştirak edib. İnteraktiv Elm Muzeyinin eksponatlarının tədrisdə istifadəsi metodları iştirakçıların xüsusi marağına səbəb olub. Müxtəlif fiziki təcrübələrin məktəb şəraitində düzəldilməsi və tədrisdə istifadə olunmasının təlimatları çap olunmuş vərəqələr iştirakçılara təqdim edilib. Eyni zamanda, seminarlarda istənilən fəndə STEM-in tətbiqi qaydalarına aid bir neçə təcrübə keçirilib.

Sonda təlim-treyninq iştirakçılarına sertifikatlar verilib.