Azedu.az

Böyük Britaniyada təhsil alacaq azərbaycanlılar bu universitetləri seçdi - SİYAHI

Xarici təhsil

25 İyul 2026, 15:27
Böyük Britaniyada təhsil alacaq azərbaycanlılar bu universitetləri seçdi - SİYAHI

2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan proqram iştirakçılarının siyahısı açıqlanıb.

Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq hüququ qazanan 125 nəfərdən 77-si Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı ali təhsil müəssisələrinə qəbul olub. 

AzEdu.az Böyük Britaniyanı seçən tələbələrin hansı ali təhsil müəssisələrinə üstünlük verdiyini təhlil edib.

Məlum olub ki, ən çox bakalavr Edinburq Universitetini (University of Edinburgh) seçib. Belə ki, bu ali təhsil müəssisəsində 27 azərbaycanlı tələbə təhsil almaq hüququ qazanıb.

İkinci sırada London Kral Kolleci (King’s College London) qərarlaşıb. Bu universiteti 12 tələbə seçib.

Ən çox seçilən ali təhsil müəssisələri sırasında üçüncü yeri London Universitet Kolleci (UCL) tutur. Bu universitetdə 9 tələbə təhsil alacaq. 

Sıralamada daha sonra Mançester Universiteti yer alıb. Bu universitetdə 8 tələbə qəbul hüququ əldə edib.

İmperial Kollec London (Imperial College London), Qlazqo Universiteti (University of Glasgow) və Birmingem Universiteti (University of Birmingham) da azərbaycanlı tələbələrin seçimləri sırasında yer alıb. Bu ali təhsil müəssisələrinin hər birini 5 tələbə seçib.

Həmçinin Sauthempton Universitetini 3 tələbə seçib.

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan Kembric Universitetində isə Dövlət Proqramı iştirakçılarından (bakalavr üzrə) 1 nəfər təhsil alacaq.

Uorvik Universiteti və Bristol Universiteti də siyahıda yer alıb. Hər iki universiteti 1 nəfər tələbə seçib.

 

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox