Azedu.az

14 yaşlı gənc qəflətən vəfat etdi

Xarici təhsil

26 Avqust 2026, 16:32
14 yaşlı gənc qəflətən vəfat etdi

Rusiyada fəaliyyət göstərən "Ximki" basketbol komandasının baş məşqçisi Roman Semerninovun 14 yaşlı oğlu Aron həyatla vidalaşıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı "Ximki" klubunun mətbuat xidməti yayıb.

"Böyük kədər və ürəyimizdəki inanılmaz ağrı ilə bildiririk ki, dünən "Ximki" BK-nın baş məşqçisi Roman Semerninovun oğlu Aron 14 yaşında qəflətən vəfat edib", - deyə rəsmi açıqlamada qeyd olunur.

TASS agentliyinin mənbəsinə istinadən verdiyi məlumata əsasən, 14 yaşlı idmançı Aron Semerninovun ölümünə məşq prosesi zamanı qəfil ürək dayanması səbəb olub.

Məlumat üçün bildirək ki, Aron Semerninov Krasnodarı təmsil edən SŞOR komandasının heyətində çıxış edirdi.

Putin Köçəryana görə Paşinyana zəng etməsin! - İrəvandan ULTİMATUM
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox