Azedu.az

Türkiyədə müəllimlər üçün YENİ QƏRAR

Xarici təhsil

25 Avqust 2026, 13:19
Türkiyədə müəllimlər üçün YENİ QƏRAR

Türkiyədə yeni tədris ili başlamazdan əvvəl müəllimlər üçün keçiriləcək peşəkar hazırlıq proqramının formatı açıqlanıb. Milli Təhsil naziri Yusuf Tekin bildirib ki, proqramın ilk həftəsi onlayn, ikinci həftəsi isə əyani keçiriləcək.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, nazirin açıqlamasına görə, 1-4 sentyabr tarixlərində müəllimlərin təlimləri və peşəkar hazırlıq fəaliyyəti onlayn təşkil olunacaq. 7-11 sentyabr tarixlərində isə proqram üzbəüz davam etdiriləcək.

Yusuf Tekin bildirib ki, bu hazırlıq proqramı müəllimlərin yeni tədris ilinə hazırlığı çərçivəsində həyata keçirilir. Beləliklə, müəllimlər sentyabrın ilk həftəsində təlimlərə məsafədən qoşulacaq, növbəti həftədə isə məktəblərdə əyani şəkildə iştirak edəcəklər. Nazir müəllimlərə yeni tədris ili öncəsi fəaliyyətlərində uğurlar arzulayıb.

Fidan Şahkərəmova

Rus agentlərinə qarşı əməliyyat - Köçəryan tutuldu! ANBAAN VİDEO
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox