2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan proqram iştirakçılarının siyahısı açıqlanıb.
AzEdu.az xəbər verir ki, proqram çərçivəsində ən çox tələbə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil almaq hüququ qazanıb. Belə ki, bu ölkədə 305 nəfər təhsil alacaq.
Sonrakı yerlərdə Amerika Birləşmiş Ştatları 90 nəfər, Avstraliya İttifaqı 23 nəfər, Türkiyə Respublikası 19 nəfər, Çin Xalq Respublikası 17 nəfər və Sinqapur Respublikası 13 nəfər qərarlaşıb.
Bundan başqa, İrlandiya və İtaliyada hər biri üzrə 9 nəfər, İsveçrə və Almaniyada hər biri üzrə 4 nəfər, Koreya Respublikasında 3 nəfər, Niderland və Finlandiyada isə hər biri üzrə 1 nəfər təhsil almaq hüququ əldə edib.