Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 12:06:32
Azərbaycan Universitetində gənc tədqiqatçıların ikinci respublika konfransı keçiriləcək

Azərbaycan Universitetində gənc tədqiqatçıların ikinci respublika konfransı keçiriləcək.

AzEdu.az xəbər verir ki, müəlliflər üçün təlimat və konfrans haqqında daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib.

15 mart 2019-cu il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar məqalələrini fevralın 20-dək konrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 mart 2019-cu ildir.