1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Bu hadisə ilk dəfə düşmən qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərindən kənara çıxması və beynəlxalq normaların açıq-aşkar pozulması demək idi.
Kəlbəcər rayonunun işğalı təhsilimizə də böyük zərbələr vurub. 97 məktəb, 9 uşaq bağçası və 116 kitabxana yerlə bir edilib. Qətlə yetirilən insanların içərisində müəllimlər və şagirdlər də var idi. Bir çox müəllimin aqibətindən hazırda da xəbər yoxdur.
İşğalda öncə mövcud olan vəziyyət onu deməyə əsas verir ki, Kəlbəcərdə 25 il əvvəl təhsilə maraq yetərincə olub. Mərkəz məktəblərindən kənd orta təhsil müəssisələrinə qədər bütün şagirdlər dərslərdə fəal iştirak ediblər. Müəllimlər daim şagirdlərə yeni nələrsə öyrətməyə, aşılamağa çalışıblar.
AzEDU Erməni Silahlı Qüvvələrinin 25 il öncəki işğalından əvvəl Kəlbəcərin təhsilini, müəllim və şagirdlərini əks etdirən fotoları təqdim edir: