Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 10:20:00
Elektron dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları işləniləcək

Bu il informasiya təhlükəsizliyinin təmin olunması problemləri istiqamətində “Elektron dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modellərinin işlənməsi” mövzusunda araşdırma aparılacaq.

AzEdu.az  xəbər verir ki, bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev cari ildə elmi-tədqiqat fəaliyyəti ilə bağlı görüləcək işlər haqqında danışarkən söyləyib.

Y.İmamverdiyev bildirib ki, həmçinin “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi”, “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları”, “İnformasiya təhlükəsizliyinin menecmenti problemləri” mövzularında tədqiqatlar aparılacaq. Bununla yanaşı, “İnternet kriminalistikanın elmi-nəzəri problemləri”, “E-dövlətdə e-imza infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması metodları”, “Kriptovalyuta verilənlərinin intellektual analizi metodları” və digər mövzularda elmi araşdırmalar həyata keçiriləcək.

Y.İmamverdiyev 2019-cu ildə nüfuzlu elmi jurnallarda 35 məqalənin nəşr olunmasının planlaşdırıldığını bildirib.