Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 14:33:21
“Müəllim barelyefdən məlumatları oxumaqda çətinlik çəkib” – Məktəbdən Rəsulzadə ilə bağlı səhvlərə cavab  

Barelyef köhnə olduğundan oradakı məlumatları olduğu kimi oxumaqda çətinlik çəkib,Rəsulzadənin yeni barelyefindəki sözləri yazan müəllim, əvvəlki barelyef köhnə olduğundan oradakı məlumatları olduğu kimi oxumaqda çətinlik çəkdiyi üçün səhvə yol verib.

Bu barədə AzEdu.az-a Abşeron rayon Novxanı kənd 1 saylı tam orta məktəbdən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, barelyefi yazan şəxs müəllim Elvina Cabbarovadır. Məktəbdən bildiriblər ki, müəllim əvvəlki barelyef köhnə olduğundan oradakı məlumatları olduğu kimi oxumaqda çətinlik çəkib, ona görə də müəyyən səhvlər olub. E.Cabarova Novxanı kənd 1 saylı tam orta məktəbinin İnformatika müəllimidir.

Xatırladaq ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Novxanıda yaşadığı evinin önündən oğurlanan barelyefinin yerinə yanvarın 25-də yenisi vurulub. Novxanı bələdiyyəsinin hazırlatdığı mərmər barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyəti”, Məhəmməd Əmin Rəsulzadənin ad-soyadının da qısaldılaraq “Məmmədəmin Rəsulzadə” kimi yazılmasıciddinarazılığasəbəbolub.

Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev isə açıqlamasında deyib ki, Məhəmməd Əmin Rəsulzadənin barelyefindəki yazıları məktəbin ən "bilikli" müəllimi deyib, bunlar da elə yazıblar.