Azedu.az

Sertifikasiyanın ikinci günü BAŞLAYIB

Sertifikasiya

18 İyun 2026, 10:52
Sertifikasiyanın ikinci günü BAŞLAYIB

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayır.

AzEdu.az xəbər verir ki, bu gün təsviri incəsənət, Musiqi, Fizika, Kimya və Biologiya müəllimləri sertifikasiyadan keçəcək. 

Qeyd edək ki, ötən gün keçirilən test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.

Xatırladaq ki, sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.

Moskvaya dəhşətli hücum - Azərbaycanlıların ticarət mərkəzi YANIR!
Son xəbərlərDaha çox