Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2025-ci ilin noyabr ayından etibarən həyata keçirilən "BilBacar" müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qalibləri elan olunub.
AzEdu.az xəbər verir ki, iştirakçılar final imtahanı üzrə topladıqları balı və qalib olub-olmadıqlarını öz Bilbacar hesablarına daxil olaraq öyrənə bilərlər. Qalibləri "Bilbacar" hesablarına daxil olarkən təbrik mesajı gözləyir.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə 1300-dən çox ümumi təhsil müəssisəsindən 160 minə yaxın şagird Bilbacar müsabiqəsində iştirak edib, onların arasında ən yaxşı nəticə toplamış şagirdlər finalçı adına layiq görülüb. Final nəticələri əsasında isə III və IV siniflərin hər biri üzrə müvafiq olaraq 3 şagird birinci, 6 şagird ikinci, 9 şagird isə üçüncü yerin sahibi olub.
Qalib olmuş 36 şagirdin mükafatlandırılması ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq.