Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin yekun nəticələri elan olunub.
AzEdu.az xəbər verir ki, şagirdlər //fenn-musabiqeleri2026.onrender.com/ platformasında ÜTİS kodları vasitəsilə daxil olub şəxsi kabinetlərində yekun nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, ilkin nəticələrlə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilib. Daxil olan bütün müraciətlər araşdırılaraq cavablandırılıb. Müraciətlərin nəticələri nəzərə alındıqdan sonra istiqamətlər üzrə yekun nəticələr formalaşdırılıb. Beləliklə:
Nəticələr növbəti həftə ərzində şagirdlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərində də əks olunacaq.
Respublika Fənn Müsabiqələrinin qalibi olmuş və təhsilini lisey, yaxud gimnaziyada davam etdirmək istəyən şagirdlər 1 iyul 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Təhsil İnstitutunun elektron poçtuna ([email protected]) ərizə ilə müraciət etməlidirlər. Daxil olmuş müraciətlər müvafiq ümumtəhsil müəssisələrində mövcud vakansiyalar, eləcə də şagirdin qalib olduğu fənn istiqaməti nəzərə alınmaqla qiymətləndiriləcək və nəticəsi barədə müraciət edənlərə məlumat veriləcək.